Dünya

Şou ulduzu: "Ana olmaqdan qorxuram" - FOTO

  • 30 Oct 2017
  • 305 baxış

"Hər qadın kimi, mən də ana olmaq istəyirəm, ailə qurmaq istəyirəm. Belə arzulara haqqım var".

XalqTV.com The Sun-a istinadən bildirir ki, Britaniyada populyar TOWIE realiti-şousunun ulduzlarından biri, 26 yaşlı model Corciya Kusulu şouda tərəf-müqabili Tommi Malleni çox sevdiyini deyib.

C.Kusulunun sözlərinə görə, 25 yaşlı T.Malle ilə üç ildən bəri davam edən sevgisinin nikaha çevrilməsini arzulayır. Lakin bununla belə, o, ana olmaqdan qorxur.

"Dostlarımız, tanışlarımız soruşurlar ki, nə zaman evlənəcəyik, nə zaman uşağımız olacaq. Təbii, mən də ana olmaq istəyirəm. Amma qorxuram. Hələlik uşaq doğmaq niyyətim yoxdur. Bilmirəm, bəlkə də atamla anamın boşanması mənə belə pis təsir edib, ola bilər. Hələ ki, özümü yaxşı hiss edirəm və uşağa ehtiyac görmürəm. Amma nə zamansa ana olacağam", - Corciya Kusulu söyləyib.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR