Dünya
Şevçenko: "Yerli futbola və futbolçulara inanıram"
Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko cari işində olan problemlərdən danışıb.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, gənc mütəxəsis bunları qeyd edib:
"Millini çalışdırmaq mənim üçün şərəfdir. Yerli futbola və futbolçulara inanıram. Əsas məsələ klub prioritetlərindən uzaqlaşmaqdır. Bütün uşaqları milli komandanın ətrafında birləşdirmək lazımdır. Problemlərin hamısını həll etməmişik. Müdafiəçi zədələnəndə adekvat əvəzləmə tapmırıq. Bəzi oyunçuların mövqeyini dəyişməli oluruq. Hücumçu problemi ötən seçmə mərhələdən bizi təqib edir. İlk və son oyunlara nominal hücumçusuz çıxmışdıq"
XalqTV.com
RƏYLƏR