Dünya

Bəsrada partlayış: ölən və yaralananlar var

  • 19 May 2017
  • 203 baxış

İraqın cənubunda güclü partlayış baş verib.

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, insident Bəsrada, nəzarət-keçid məntəqəsində qeydə alınıb.

Minalanmış avtomobilin partladılması nəticəsində azı 2 hərbçi ölüb, bir neçə dinc sakin xəsarət alıb.
 
Partlayış terrorçu-kamikadze tərəfindən törədilib. Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR