Siyasət

Abdulla Aripovun Azərbaycana səfəri başa çatıb

  • 31 Oct 2017
  • 288 baxış

Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovun Azərbaycan Respublikasına səfəri oktyabrın 30-da başa çatıb.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Özbəkistanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş nazir Abdulla Aripovu hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR