SAĞLAMLIQ

Sinifdəcə ağır xəstəliyə tutulan müəllimə: Mənə kömək edin - FOTO- VİDEO

  • 31 Oct 2017
  • 359 baxış

Rühəngiz Zahidova bu xəstəliyə iş yerində, məktəbdə sinif otağındaca dərs deyən vaxt tutulub. Amma artıq 13 ildir ki, ağır xəstəlikdən əziyyət çəkir.

XalqTV.com xəbər verir ki, Ucar şəhəri 28 may küçəsində yaşayan Rühəngiz Zahidova ömrunun ən gözəl illərini pedaqoji fəaliyyətə həsr edib. O, Ucar şəhəri 1 saylı tam orta məktəbdə 35 il müəllim işləyib. Düçar olduğu bu xəstəlik isə artıq 13 ildir ki, onu doğma məktəbindən və sevimli şagirdlərindən ayrı salıb.  

Rühəngiz xanım dəfələrlə Ucar və ətraf rayonlardakı xəstəxanalarda müayinə və müalicə alsa da, heç bir müsbət nəticəsi olmayıb. Sonra yaxınları onu müalicə üçün paytaxta gətiriblər. Oğlu deyir ki, Bakıdakı xəstəxanalarda ona "parkinson xəstəliyi" diaqnozu qoyulub:

"Əvvəllər müalicə elədik, xeyiri olmadı. Sonra xəstəlik başladı artmağa. Hər yeri gəzdirdik. Dərdini tapan olmadı. Sonra dedilər ki, parkinson xəstəsidir".

Yaxınlarının köməyi sayəsində Rühəngiz müəllimə müəyyən qədər müalicə olunsa da, hazırda ailənin bundan artığına maddi imkanı çatmır. Həkimlər əməliyyat olunarsa, onun azı 10 il bu xəstəlikdən əziyyət çəkməyəcəyini bildiriblər. Əməliyyat üçün isə 40 min dollar pul lazımdır.

İndi Rühəngiz xanım xeyirxah və imkanlı şəxslərin ona kömək edəcəyinə ümid edir: "Xalqımdan, imkanlı adamlardan xahiş edirəm, mənə kömək edin. Elə sinifdə tutub bu xəstəlik məni. Birdən gördüm bir tərəfim, sağ tərəfim keyləşdi".

Qeyd edək ki, yardım etmək istəyən şəxslər 050 2301022 və 055 3301022 nömrəli telefonlarla əlaqə saxlaya bilərlər.

Zərif Nisə

XalqTV.com

Videonu izləmək üçün şəklə klikləyin:

/> vspace="5" />

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO