Avrokuboklarda yeni mövsümün təqvimi açıqlandı
Avrokubokların 2018/19 mövsümünün tam təqvimi açıqlanıb.
XalqTV.com apasport.az-a istindən xəbər verir ki, yeni formatda keçiriləcək Çempionlar Liqası və Avropa Liqasında oyunların baş tutma tarixləri, həmçinin püşkatma mərasimlərinin günləri bəlli olub.
Yarışların əsas mərhələlərinin formatı dəyişməsə də, 2018-ci ilin yayında başlayacaq turnirlər təsnifat mərhələsindən əlavə ilkin raundlardan da ibarət olacaq. Belə ki, ənənəvi 4 təsnifat mərhələsindən (sonuncu pley-off da adlandırılır) öncə ən zəiflərin qatılacağı ilkin mərhələ də olacaq.
Çempionlar Liqasında 4 komanda olimpiya sistemi təsnifat mərhələsinə yeganə vəsiqənin sahibini müəyyənləşdirəcək. Burada cütlər 1 dəfə üz-üzə gələcək. Avropa Liqasında isə 16 komanda iki qarşılaşmadan ibarət dueldə 8 yer üçün döyüşəcək.
İlkin mərhələlərdən azad olan Azərbaycan komandalarının hamısı I təsnifat mərhələsindən yarışa qatılacaq. Hətta Çempionlar Liqasının I təsnifatından azad olmağımız kimi güzəşt də yeni formatda olmayacaq.
İlk iki təsnifat mərhələsinin püşkünün iyulun 2-də atılması planlaşdırılıb. Azərbaycan klubları üçün növbəti avrokubok mövsümü iyulun 10-11-də Çempionlar Liqasındakı qarşılaşma ilə başlayacaq.
Avrokubokların 2018/19 mövsümünün tam təqvimi
| 2018 | |
| 18 iyun | İlkin mərhələlərinin püşkatması |
| 26 iyun | ÇL-də 1-ci ilkin mərhələ |
| 28 iyun | AL-də ilkin mərhələ, ilk oyunlar |
| 29 iyun | ÇL-də 2-ci ilkin mərhələ |
| 2 iyul | I və II təsnifat mərhələlərinin püşkatması |
| 5 iyul | AL-də ilkin mərhələ, caavab oyunları |
| 10/11 iyul | ÇL-də I təsnifat mərhələsi, ilk oyunlar |
| 12 iyul | AL-də I təsnifat mərhələsi, ilk oyunlar |
| 17/18 iyul | ÇL-də I təsnifat mərhələsi, cavab oyunları |
| 19 iyul | AL-də I təsnifat mərhələsi, cavab oyunları |
| 24/25 iyul | ÇL-də II təsnifat mərhələsi, ilk oyunlar |
| 26 iyul | AL-də II təsnifat mərhələsi, ilk oyunlar |
| 27 iyul | III təsnifat mərhələsinin püşkatması |
| 31 iyul/1 avqust | ÇL-də II təsnifat mərhələsi, cavab oyunları |
| 2 avqust | AL-də II təsnifat mərhələsi, cavab oyunları |
| 7/8 avqust | ÇL-də III təsnifat mərhələsi, ilk oyunlar |
| 9 avqust | AL-də III təsnifat mərhələsi, ilk oyunlar |
| 10 avqust | Pley-off mərhələsinin püşkatması |
| 14/15 avqust | ÇL-də III təsnifat mərhələsi, cavab oyunları |
| 16 avqust | AL-də III təsnifat mərhələsi, cavab oyunları |
| 21/22 avqust | ÇL-də pley-off mərhələsi, ilk oyunlar |
| 23 avqust | AL-də pley-off mərhələsi, ilk oyunlar |
| 28/29 avqust | ÇL-də pley-off mərhələsi, cavab oyunları |
| 30 avqust | AL-də pley-off mərhələsi, cavab oyunları |
| 30 avqust | ÇL-də qrup mərhələsinin püşkatması |
| 31 avqust | AL-də qrup mərhələsinin püşkatması |
| 18/19 sentyabr | ÇL-də qrup mərhələsi, I tur |
| 20 sentyabr | AL-də qrup mərhələsi, I tur |
| 2/3 oktyabr | ÇL-də qrup mərhələsi, II tur |
| 4 oktyabr | AL-də qrup mərhələsi, II tur |
| 23/24 oktaybr | ÇL-də qrup mərhələsi, III tur |
| 25 oktyabr | AL-də qrup mərhələsi, III tur |
| 6/7 noyabr | ÇL-də qrup mərhələsi, IV tur |
| 8 noyabr | AL-də qrup mərhələsi, IV tur |
| 27/28 noyabr | ÇL-də qrup mərhələsi, V tur |
| 29 noyabr | AL-də qrup mərhələsi, V tur |
| 11/12 dekabr | ÇL-də qrup mərhələsi, VI tur |
| 13 dekabr | AL-də qrup mərhələsi, VI tur |
| 17 dekabr | ÇL-də 1/8, AL-də 1/16 finalın püşkatması |
| 2019 | |
| 12/13/19/20 fevral | ÇL-də 1/8 final, ilk oyunlar |
| 14 fevral | AL-də 1/16 final, ilk oyunlar |
| 21 fevral | AL-də 1/16 final, cavab oyunları |
| 22 fevral | AL-də 1/8 finalın püşkatması |
| 5/6/12/13 mart | ÇL-də 1/8 final, cavab oyunları |
| 7 mart | AL-də 1/8 final, ilk oyunlar |
| 14 mart | AL-də 1/8 final, cavab oyunları |
| 15 mart | 1/4 finalın püşkatması |
| 9-10 aprel | ÇL-də 1/4 final, ilk oyunlar |
| 11 aprel | AL-də 1/4 final, ilk oyunlar |
| 16/17 aprel | ÇL-də 1/4 final, cavab oyunları |
| 18 aprel | AL-də 1/4 final, cavab oyunları |
| 19 aprel | Yarımfinal və finalın püşkatması |
| 30 aprel/1 may | ÇL-də 1/2 final, ilk oyunlar |
| 2 may | AL-də 1/2 final, ilk oyunlar |
| 7 may/8 may | ÇL-də 1/2 final, cavab oyunları |
| 9 may | AL-də 1/2 final, cavab oyunları |
| 29 may | AL-də final (Bakı) |
| 1 iyun | ÇL-də final (Madrid) |
Qeyd edək ki, Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu da Azərbaycan futbolu tarixində ilkdir.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində








