Siyasət

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb

  • 31 Oct 2017
  • 309 baxış

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri oktyabrın 31-də başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR