Dünya

ABŞ-Rusiya-BMT görüşü keçirilib

  • 19 May 2017
  • 203 baxış

İsveçrənin Cenevrə şəhərində Suriya üzrə üçtərəfli ABŞ-Rusiya-BMT görüşü keçirilib.

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, bunu BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura bəyan edib.

"Biz Suriya üzrə danışıqları və digər məsələləri müzakirə etdik. Görüş çox konstruktiv oldu", deyə S.de Mistura bildirib.
 
Onun sözlərinə görə, hökumət və müxalifət nümayəndələrinin iştirakı ilə Suriya üzrə danışıqlarının növbəti raundu iyunda baş tutacaq. "Dəqiq tarix hələ ki, müəyyənləşməyib", deyə De Mistura qeyd edib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR