idman

"Roma"nın baş məşqçisi: ""Qarabağ" hamının həyatını çətinləşdirdi"

  • 01 Nov 2017
  • 287 baxış

"Qarabağ" hamının həyatını çətinləşdirdi. Bu barədə əvvəl də demişdim. Avropada zəif komanda yoxdur. 

XalqTV.com report-a istinadən xəbər verir ki, bunu İtaliya təmsilçisi "Roma"nın baş məşqçisi Eusebio Di Françesko Çempionlar Liqasının (ÇL) C qrupunda yaranmış vəziyyəti şərh edərkən deyib.

Oktyabrın 31-də IV tur çərçivəsində "Roma" evdə İngiltərə "Çelsi"si üzərində 3:0 hesablı qələbə qazandığı halda, "Qarabağ" İspaniyada "Atletiko" ilə heç-heçə edib - 1:1. 
48 yaşlı italiyalı mütəxəssisin fikrincə, beynəlxalq matçlarda bütün kollektivlər qələbəyə oynayırlar və nəticə qazanmağa çalışırlar: "Çempionlar Liqasında 1/8 final mərhələsinə vəsiqə qazanacağımıza əvvəl də inanırdıq, indi də. Bunu bacarmağa yaxınıq, lakin danışmaq üçün tezdir. Böyük qələbədir, lakin təkcə mənim deyil, hamımızındır".

Qeyd edək ki, 4 turdan sonra İtaliya təmsilçisi "Roma" 8 xalla C qrupunun lideridir. İngiltərənin "Çelsi" komandasının 7, "Atletiko"nun 3, "Qarabağ"ın isə 2 xalı var. İlk iki yeri tutan kollektivlər 1/8 finala yüksələcəklər. Üçüncü yerin sahibi isə mübarizəni Avropa Liqasında davam etdirəcək.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/20/cached-xeber-10136-romanin-bash-meshqcisi--qarabag-haminin-heyatini-cetinleshdirdi..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11