Ferrari 2,2 milyon avroluq model göstərdi - FOTO
İtaliyanın Ferrari avtomobil konserni FXX K Evoluzione adlı ekstremal hiperkar hazırlayıb.
XalqTV.com Autobild-ə istinadən bildirir ki, avtomobil 1050 at gücündə, 900 Nm fırlanma momentli, 12 silindrli, 6,3 litr həcmində mühərriklə təchiz olunub.
Toskanadakı Mucello trasında keçirilən Finali Mondiali çərçivəsində təqdim olunmuş modeldə robotlaşdırılmış və elektrik mühərrikli sürətpaylama qutusu var.
Mühərrik rekuperativ KERS sistemi ilə işləyir. Unikal aerodinamik asqı modelin yola sıxılma qüvvəsini 50 faiz artırır. Təkərlərdə isə sürətlənmə, temperatur və təzyiq ölçən qurğular var.
Sadəcə, yarış trekləri üçün nəzərdə tutulmuş sportkar Ferrari-nin mühəndisləri ilə Ferrari Style mərkəzinin dizaynerlərinin birgə əsəridir.
FXX K sportkarlarının hamısı minimum 2,2 milyon avrodan satılıb. Maşınlar Ferrari-nin bokslarında saxlanır və sahiblərinin tələbi ilə yalnız treklər üçün hazırlanır.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin