Hava şarlarında 25 km uçdu - FOTO
İngiltərənini Bristol şəhərinin sakini Tom Morqan hava şarlarına bağlanmış kresloda təqribən 2500 metr yüksəkliyə qalxıb.
XalqTV.com The Daily Sttar-a sitinadən bildirir ki, 28 yaşlı britaniyalı "ecazkar" adlandırdığı uçuş üçün şarların hava ilə doldurulmasına iki gün sərf edib.
Onun uçuşu heliumla dolu şarların bağlandığı evin səmaya qalxdığı "Up!" animasiya filmini xatırladıb.
Botsvanada bir neçə uğursuz cəhddən sonra uçuş Cənubi Afrika Respublikasında baş tutub.
"Problem əlverişli hava şəraiti tapmaq və partlayan şarları qorumaqdı. Heltum da cəmi bir sınaq üçün qalmışdı", - Morqan deyib.
O, Yohannesburqdan şimalda havaya qalxıb, hava şarları vasitəsilə 25 km uçub.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin