Siyasət

ABŞ səfiri: "Qarabağ münaqişəsinin dinc yolla həlli vacibdir"

  • 03 Nov 2017
  • 301 baxış

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli vacibdir.

XalqTV.com report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-in Azərbaycandakı səfiri Robert Sekuta deyib.

O qeyd edib ki, ABŞ münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır: "Prezidentlərin sonuncu görüşü ilə bağlı həmsədrlərin xarici işlər nazirləri ilə birgə bəyanatı olub. Biz bu prosesi dəstəkləyirik. Hər iki ölkənin rəsmiləri arasında görüşün baş tutmasına öz köməyimizi, dəstəyimizi göstəririk, bu iş davam edir. Eyni zamanda, bu münaqişənin dinc yolla həlli üçün öz dəstəyimizi davam etdiririk. Hesab edirik ki, münaqişənin dinc yolla həlli vacibdir".

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR