Dünya

Qardaşa görə bacını kənddə çılpaq gəzdirdilər

  • 03 Nov 2017
  • 280 baxış

Pakistanda yeniyetmə qızı kənd küçələrindən çılpaq keçmə vadar etmiş 8 kişi həbs olunub. Onlar qardaşın əməlinə görə bacıdan "qisas" alıblar.

XalqTV.com The Independent-ə istinadən bildirir ki, olay Pakistanın şimal-qərbindəki Xeybər-Pahtunxva vilayətində Dera İsmayıl Xan bölgəsində yaşanıb. Kəndin cənubundakı bulağa su dalınca getmiş 16 yaşlı qızı tutan kişilər onu soyundurublar və tam bir saat ərzində kənd küçləri ilə çılpaq yeriməyə məcbur ediblər.

Polisdən verilən məlumata görə, 8 kişi bu minvalla qızı üç il əvvəl onların qohumu olan qızla görüşən qardaşına görə "cəza"landırıb.

Kənd şurasının qərarına görə, 16 yaşlı qızın qardaşı görüşdüyü və evlənmək istədiyi qızın ailəsinə 250 min Pakistan rupisi məbləğində təzminat ödəmişdi. Lakin 8 kişi bunu yetərsiz sayıb.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR