Dünya
Meksikada həbsxanada iğtişaş
Meksikanın Mexiko ştatında həbsxanaların birində iğtişaş baş verib.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, iğtişaşın qarşısının alınması üçün təhlükəsizlik qüvvələri həbsxanaya cəlb ediliblər.
Hələlik itkilər və ya xəsarət alanlar barədə məlumat verilmir.
Qeyd edək ki, oktyabrın əvvəllərində Meksikanın Kadereyta şəhər həbsxanasında baş vermiş iğtişaşda 16 nəfər həlak olmuşdu.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR