Dünya

Dünyanın ən zəngin insanı səhmlərini satdı

  • 04 Nov 2017
  • 330 baxış

"Amazon" internet mağazasının təsisçisi və baş direktoru Ceff Bezos arxada qoyduğumuz həftə ərzində rəhbərlik etdiyi şirkətin 1,1 mlrd. dollar dəyərində 1 mln. ədəd səhmlərini satıb.

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, milyarder son 6 il ərzində mütəmadi olaraq şirkətin səhmlərini satır. Sonuncu əqd cari ilin may ayında bağlanıb. Həmin vaxt C.Bezos səhm satışından 940,7 mln. dollar əldə edə bilib.

Hazırda "Amazon"un 80 mln. ədəd (16,4%) səhmi  C.Bezosa məxsusdur. Buna baxmayaraq, milyarder hələ də şirkətin ən iri səhmdarıdır.

C.Bezos dünyanın ən zəngin insanıdır. Onun sərvəti 93,1 mlrd. dollar məbləğində dəyərləndirilir.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/05/18/cached-xeber-10329-dunyanin-en-zengin-insani-sehmlerini-satdi..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11