Dünya

İsrail hava qüvvələri tarixində ən böyük təlimlərinə başlayıb

  • 05 Nov 2017
  • 255 baxış

İsrail 7 ölkənin nümayəndə heyətlərinin iştirakı ilə tarixində ən iri aviasiya təlimlərinə başlayıb.   

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, noyabrın 16-dək davam edəcək "Mavi bayraq" adlandırılan təlimlərə Almaniya, Yunanıstan, Hindistan, İtaliya, Polşa, ABŞ və Fransa Hərbi-Hava Qüvvələri iştirak edir.

Təlimlərə gələn xarici ölkələrin hərbi təyyarələri Eylat şəhəri yaxınlığındakı "Uvda" aviabazasında yerləşdirilir.   

"Təlimlərdə 1000-dən çox təyyarəçi, texniki və inzibati heyət üzvləri iştirak edir", - deyə ordunun mətbuat xidmətinin məlumatında bildirilir. 

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR