Şahzadə və sabiq nazir korrupsiya ittihamı ilə saxlanıldılar - YENİLƏNİB
10:48
Səudiyyə Ərəbistanında şahzadə Əl-Valid bin Tələl bin Əbdüləziz Əl Səud və sabiq nazir İbrahim bin Əbdüləziz Əl Əsəfd hüquq mühafizə orqanları tərəfindən saxlanılıblar.
Trend-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata əsasən, onların barəsində araşdırma aparılır.
Şənbə günü ölkənin Korrupsiyaya qarşı Ali Mübarizə Komitəsi hakim ailənin 11 şahzadəsi və bir çox hazırkı və sabiq nazirlərin korrupsiya ittihamı ilə həbs edilməsi barədə qərar çıxarıb.
----------
10:13
Səudiyyə Ərəbistanında rüşvət və vəzifəsindən sui-istifadə etməkdə günahlandırılan 11 şahzadə və bir neçə nazir həbs edilib.
Qafqazinfo xarici KİV-ə istinadən xəbər verir ki, Kral Salman bin Əbdüləziz ölkədə rüşvətxorluğun araşdırılması üçün Korrupsiyaya qarşı Mübarizə Komitəsinin qurulması üçün fərman imzalayıb.
Şahzadələr qanunsuz silah-sursat müqavilələrinin imzalanması, çirkli pulların "yuyulması" və s. əməllərdə ittiham edilirlər.
XalqTV.com