Dünya
Ər-Riyada raket atıldı
Yəmən Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyada balistik raket atıb.
Qafqazinfo Euronews-a istinadən xəbər verir ki, raketin hədəfi Xalid hava limanı olub.
Lakin raket hava hücumundan müdafiə sistemi vasitəsilə vurulub və hava limanının yaxınlığında boş sahəyə düşüb. Hadisə zamanı ölən və ya yaralanan olmayıb.
Qeyd edək ki, 2015-ci ilin martından etibarən S.Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələri Yəməni bombalayır. Hücumlar nəticəsində 10 mindən çox yəmənli ölüb.
XalqTV.com
RƏYLƏR