idman

Bir turda iki rekord

  • 06 Nov 2017
  • 236 baxış

Azərbaycan Premyer Liqasının XI turu iki rekordla əlamətdar olub. XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, hər iki göstərici tamaşaçı sayında gerçəkləşib. 13300 azarkeş toplayan "Kəpəz" - "Qarabağ" görüşü 2017/18 mövsümünün ən çox tamaşaçı toplayan oyunu olub.

Qonaqların 2:0 hesabı ilə qalib gəldiyi Gəncədəki matç bu şəhərdə keçirilmiş daha bir oyunu - "Kəpəz" - "Neftçi" qarşılaşmasını arxada qoyub. Belə ki, əvvəlki 10 turun ən çox izləyici yığan matçı IX turun oyunu idi (8000).
 
Ümumiyyətlə, XI tur ən çox azarkeş toplaması ilə də diqqət çəkib. Turun görüşlərini 17 min 400 tamaşaçı izləyib. Bu da mövsümün rekordudur. Bunadək rekord IX tura aid idi - 12 min 550 tamaşaçı.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR