idman

"Çelsi"nin sahibi Mourinyonu şam yeməyinə dəvət edib

  • 06 Nov 2017
  • 294 baxış

"Çelsi"nin sahibi Roman Abramoviç "Mançester Yunayted"in baş məşqçisi və yaxın dostu Joze Mourinyonu şam yeməyinə dəvət edib. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəsisin bu dəvəti qəbul edib-etməməsi açıqlanmır. "The Sun" nəşri Abramoviçlə Antonio Konte arasında münasibətlərin pozulmasını əsas gətirirək bunu "zadəganlar"ın baş məşqçi postunda növbəti dəyişikliyin siqnalı kimi qiymətləndirib.

Rusiyalı iş adamı 2 dəfə Mourinyonu baş məşqçi postuna gətirib. Portuqaliyalı çalışdırıcının 2015-ci ildəki qayıdışı "Çelsi"nin Premyer Liqa çempionluğu ilə başa çatsa da, növbəti mövsüm fiasko ilə yadda qalmışdı. Mourinyo London klubuna 3 İngiltərə çempioluğu, 3 ölkə Kuboku qazandırmaqla onun tarixində ən uğurlu məşqçi kimi qalmaqdadır.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/20/cached-xeber-10409-celsinin-sahibi-mourinyonu-sham-yemeyine-devet-edib..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11