Dünya
Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə güclü yanğın baş verib
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Bolnisi rayonunun Darbaz kəndində güclü yanğın baş verib.
XalqTV.com APA-ya istinadən xəbər verir ki, dağ yamacında baş vermiş yanğının söndürülməsində 60-a yaxın yanğınsöndürən iştirak edib. Yanğın nəticəsində quru yarpaqlar və ot örtüyü yanıb.
Yanğının yenidən baş verməsi təhlükəsi olduğundan yanğınsöndürənlər ərazini tərk etmirlər.
XalqTV.com
RƏYLƏR