Dünya

Rusiyada təyyarə qəzaya uğrayıb, ölən var

  • 07 Nov 2017
  • 269 baxış

Rusiyanın Amursk vilayətinin Ekimçan qəsəbəsində An-2 təyyarəsi qəzaya uğrayıb.

XalqTV.com report.az-a istinadən bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsindən məlumat verilib.

İdarədən bildirilib ki, təyyarə sərt eniş edib və bu zaman yanıb. Hadisə yerinə Ekimçan qəsəbəsinin yanğınsöndürənləri gəliblər.

Fövqəladə vəziyyətlərdəki mənbənin məlumatına görə, ilkin məlumata görə, pilotlardan biri ölüb.

Təyyarədə sərnişinlər olmayıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR