Dünya
Rusiyada məktəb avtobusu minik avtomobili ilə toqquşub, ölən və yaralananlar var
Rusiyanın Krasnodar diyarında ağır yol qəzası baş verib.
XalqTV.com APA-ya istinadən xəbər verir ki, məktəb avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfər ölüb, 13 nəfər xəstəxanaya yerləşdirilib.
İlkin məlumata əsasən, qəza zamanı minik avtomobilinin sürücüsü ölüb. Xəsarət alanların vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
XalqTV.com
RƏYLƏR