SAĞLAMLIQ

Alimlər vitamin D-nin yeni faydalı xüsusiyyətini aşkarladılar

  • 07 Nov 2017
  • 346 baxış

Orqanizmdə vitamin D-nin yüksək səviyyəsi pasiyentlərdə ağır yanıqlardan sonra bərpa olunmanı daha da sürətləndirir.

XalqTV.com bildirir ki, belə nəticəyə Böyük Britaniyanın Birmingem İltihab və Qocalma İnstitutunun alimləri gəliblər.

Yanıqlardan zərər çəkmiş insanlar müxtəlif infeksiyalara yoluxmaya meyilli olurlar. Çoxdan məlumdur ki, vitamin D antibakterial təsirə malikdir, buna görə alimlər fərz edirlər ki, o yanıqların daha tez sağalmasına imkan yarada bilər.

Bu fərziyyəni yoxlamaq üçün mütəxəssislər 1 il boyunca ağır yanıqları olan pasiyentlərdə bərpa prosesinin gedişatını təqib ediblər və prosesi orqanizmdə vitamin D-nin səviyyəsilə əlaqələndiriblər. Aydın olub ki, vitamin D-nin yüksək səviyyəsi olan xəstələrdə yaraların sağalması daha müvəffəqiyyətlə baş verir.
Bununla yanaşı aydınlaşdı ki, yanıqlar orqanizmdə vitamin D-nin səviyyəsini kəskin azaldır. "Buna görə də, faktiki olaraq, travmanın alınmasından dərhal sonra bu maddənin qəbulu pasiyentə sağalmağa daha çox şans verəcək", - hesabatda deyilir. (publika.az)

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO