Dünya

Vyetnamda qasırğa nəticəsində ölənlərin sayı 89-a çatıb

  • 07 Nov 2017
  • 286 baxış

Vyetnamda baş verən qasırğa nəticəsində ölənlərin sayı 89 nəfərə çatıb, 18 nəfər itkin düşmüş hesab edilir.

XalqTV.com APA-ya istinadən xəbər verir ki, ayın 4-dən Vyetnamda tüğyan edən "Damri" qasırğası irimiqyaslı daşqınlar və torpaq sürüşmələrinə səbəb olub.

Hazırda 100 mindən çox yaşayış evinin su altında qaldığı bildirilir. Məlumata əsasən, təbii fəlakət ən çox Kxanxoa əyalətində yerləşən Nyaçanq kurort şəhərinə ziyan vurub.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR