SAĞLAMLIQ

Tibb işçilərinin maaşının artırılması təklif olundu: "Gənclər Azərbaycana qayıtmaq istəmirlər"

  • 08 Nov 2017
  • 329 baxış

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq  məsələləri komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı çıxış edən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov tibb işçilərinin maaşlarının, anadangəlmə fiziki qüsurlu şəxslərin müavinətlərin az olduğunu bildirib.

XalqTV.com APA-ya istinadən xəbər verir ki, komitə sədri bu məsələyə baxılmalı olduğunu deyib.

Deputat Elmira Axundova isə Azərbaycanda çox peşəkar həkim ordusunun olduğunu qeyd edib, onların maaşlarının az olduğuna diqqət çəkib: "Gənclər tibb sahəsində xaricdə, xüsusilə Türkiyədə təhsil aldıqdan sonra Azərbaycana qayıtmaq istəmirlər. Bu, artıq kütləvi hal alıb. Çünki onlar gəlib burada az maaşa çalışmaq istəmirlər. Poliklinikada tibb bacısı 110-120 manat maaş alır. Savadlı həkimlərin məvacibi cəmi 150-160 manatdır. Nəticədə də ələbaxımlılıq, digər mənfi hallar yaşanır. Belə halları aradan qaldırmaq üçün də həkimlərin, səhiyyə işçilərinin məvacibləri artırılmalıdır".
 
Deputat anadangəlmə fiziki qüsurlu şəxslərin də müavinətinin az olduğunu bildirərək qeyd edib ki, gələn il Maliyyə Nazirliyi buna da diqqət etməlidir.  

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO