Rusiyada yaşayış binası uçub, ölənlər var - YENİLƏNİB - VİDEO - FOTO
23:34
Rusiyanın İjevsk şəhərində xilasedicilər uçan 9 mərtəbəli yaşayış binasının dağıntıları altından 4-cü şəxsin cəsədini çıxarıblar.
Trend-in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu haqda respublikanın fövqəladə xidmətinə yaxın mənbəyə xəbər verib.
Mənbənin məlumatında deyilir: "Həlak olan dördüncü şəxsin cəsədi tapılıb. Ümumilikdə səkkiz nəfər xəsarət alıb, onlardan dördü ölüb".
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, İjevskdə yaşayış binasının bir hissəsinin birinci mərtəbədən doqquzuncu mərtəbəyə kimi tamamilə uçması nəticəsində 8 mənzil bütünlüklə dağılıb.
Udmurtiyanın səhiyyə nazirliyi daha əvvəl 3 ölü və bir xilasedici daxil dörd yaralı haqqında məlumat verib.
İlkin ehtimala görə, dağıntıya məişət qazının partlaması səbəb olub.
---------
19:57
Rusiyanın İjevsk şəhərində yaşayış binasının bir hissənin uçması nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb. XalqTV.com APA-ya istinadən xəbər verir ki, 9 mərtəbəli yaşayış binasının bir bloku uçub, ümumilikdə 28 nəfərin yaşadığı 8 mənzil tamamilə dağılıb.
İlkin versiyaya görə, hadisə qaz sobasının partlaması səbəbindən baş verib.
Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir. Dağıntılar arasında insanların qaldığı bildirilir, ölənlərin sayının artacağı istisna olunmur.
XalqTV.com
Videonu izləmək üçün şəklə klikləyin:
/> vspace="5" />
Videonu izləmək üçün şəklə klikləyin:
/> vspace="5" />