Dünya

Putin Vyetnama gəlib

  • 10 Nov 2017
  • 302 baxış

Rusiya prezidenti Vladimir Putin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığının sammitində iştirak etmək üçün Vyetnama gəlib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, sammit çərçivəsində Putin işgüzar şurasının üzvləri ilə görüşəcək.

Rusiya dövlətinin başçısı həmçinin, bir sıra ikitərəfli görüşlər keçirəcək, o cümlədən ABŞ prezidenti Donald Trampla. Lakin, Ağ Evdən verilən məlumata görə, Rusiya və Birləşmiş Ştatların liderləri arasında danışıqlar barədə yekun razılaşma yoxdur.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR