Dünya
Çağatay Ulusoyu Hollivud filmlərində görsəniz, təəccüblənməyin
Aktyor Çağatay Ulusoy Hollivud filmlərinə çəkilmək üçün ilk addımı atıb.
XalqTV.com axşam.az-a istinadən aktyorluq sahəsini və xarici dil biliklərini dərinləşdirmək üçün 3 aydır Los-Ancelesdə olan Çağatay burada aktrisa Bleyk Lavlinin bacısı Lor Lavli ilə tanış olub.
Lor isə Ulusoyu Bred Pitt, Edvard Nort, Mel Gibson kimi dünya şöhrətli ulduzların çəkildiyi filmlərin rejissoru Devid Fiçer ilə tanış edib.
Fitçer Çağatayın yaraşıqlı simaya malik olduğunu və gələcəkdə onu hər hansı bir layihəsinə dəvət edə biləcəyini bildirib.
Hollivud xəyallarını gerçəkləşdirmək üçün türkiyəli aktyor həmçinin ABŞ-da bir sıra filmlərin kastinqində də iştirak edib.
XalqTV.com
RƏYLƏR