Çexiya əhalisi qocalır
Çex Respublikasının əhalisi qocalır.
XalqTV.com AZƏRTAC-a istinadən bildirir ki, bu ölkədə yaşı 30-dan aşağı olan sakinlərin sayı son 15 ildə təxminən 750 min nəfər azalaraq 3,3 milyona enib. Bu, ölkə əhalisinin ümumi sayının 32 faizi deməkdir.
Müqayisə üçün xatırladaq ki, 2011-ci ildə həmin göstərici 4 milyon nəfərə və ya 39 faizə bərabər olub.
Çexiya Statistika İdarəsinin noyabrın 9-da yayılmış məlumatında deyilir: "Gənclərin sayı, xüsusən regionlarda, azalmaqda davam edir. Məsələn, Karlovı Varı diyarında gənc əhalinin sayının azalması sürəti ümumdövlət səviyyəsindən xeyli yüksəkdir. Eyni zamanda, yaşlı insanların sayı artmaqdadır. 2016-cı ilin dekabr ayı üçün olan məlumata görə, Çex Respublikasında hər ay 2,3 milyondan çox sakinə qocalığa görə pensiya ödənilib. Yaşı 65-dən yuxarı olan insanların sayı 1,8 milyondan çoxdur. Bu, yaxın onillikdə sabit artacağı gözlənilən yeganə göstəricidir. Əsrin ortalarında bu göstəricinin qiyməti 30 faizə çatacaq".
XalqTV.com