Dünya
Rusiyada binanın qismən uçması nəticəsində ölənlərin sayı 7-yə çatıb
Rusiyanın İjevsk şəhərində 9 mərtəbəli yaşayış binasının bir blokunun tamamilə uçması nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
XalqTV.com APA-ya istinadən xəbər verir ki, bu gün dağıntılar altından daha 2 nəfərin meyiti çıxarılıb.
Hadisə qaz sobasının partlaması səbəbindən baş verib.
Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
XalqTV.com
RƏYLƏR