Dünya
Narkomafiyanın keçmiş "qatır"ı məşhur kurortda - FOTO
2013-cü ildə rəfiqəsi Melissa Reydlə birlikdə Peruya kokain keçirməyə çalışdığına görə həbs olunmuş Mikaella MakKollum İspaniyanın Mayorka kurortunda istirahət edir.
XalqTV.com The Sun-a istinadən bildirir ki, əslən Şimali İrlandiyadakı Dunqannon şəhərindən olan 24 yaşlı model bu ilin əvvəllərində azadlığa buraxılmışdı.
Narkomafiyanın tapşırığı ilə narkotik maddələr daşıyan və "qatır" adlanan kuryerlər adətən ağır cəza alırlar. Mikaella MakKollumla Melissa Reyd isə cəmi 4 il həbsxanada cəza çəkəndən sonra azadlığa çıxıblar.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR