Dünya
Argentina Rusiyanı məğlub edib
Futbol üzrə Argentina milli komandası yoldaşlıq görüşündə Rusiyanı məğlub edib.
XalqTV.com report.az-a istinadən bildirir ki, Moskvanın yenilənmiş "Lujniki" stadionunda keçirilən görüş qonaqların 1:0 hesablı üstünlüyü ilə başa çatıb.
Görüşdə yeganə qolu 86-cı dəqiqədə Serxio Aquero vurub.
Argentina növbəti yoldaşlıq görüşünü noyabrın 14-də Nigeriya, Rusiya isə İspaniyaya qarşı keçirəcək.
Yoldaşlıq oyunu (yığmalar)
Rusiya - Argentina - 0:1
0:1 - Aquero - 86
XalqTV.com
RƏYLƏR