Dünya

Londonun meri Britaniyanın XİN rəhbərini istefaya çağırdı

  • 12 Nov 2017
  • 252 baxış

Londonun meri Sadiq Xan Britaniyanın XİN rəhbəri Boris Consonu istefaya çağırıb.

XalqTV.com report.az-a istinadən bildirir ki,  o, "BBC"ə müsahibəsində belə bir təkliflə çıxış edib.

Londonun meri xüsusi olaraq qeyd edib ki, Conson öz fikirləri ilə Liviya, ABŞ, həmçinin İspaniya sakinlərini təhqir edib.

Xatırladaq ki, ötən ay yerli KİV Böyük Britaniyanın baş naziri Tereza Meyin Boris Consonun vəzifəsindən uzaqlaşdırılması mümkünlüyünü nəzərdən keçirdiyini yazıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR