Körpələrdə kiçik qusma narahatlığı
"Kiçik qusma 7 ayınadək olan uşaqlarda qidanın bir hissəsinin geri qaytarılmasıdır və fizioloji, yəni normal hal hesab olunur. Proses qəfil başlayır və qarın əzələlərinin cüzi dərəcədə iştirakı ilə baş verir. Qidanın hissə-hissə geri qaytarılması onun qəbulundan sonra 1 saatadək olan müddətdə baş verə bilər. Qusma təzyiq altında, axar şırnaq şəklində kənara atılmaqla olmamalıdır", - deyə Bakı şəhər 4 nömrəli uşaq poliklinikasının pediatrı Məlahət Qasımova körpə həyatının ilk vaxtlarında rast gəlinən həmin halla əlaqədar söyləyib.
XalqTV.com target="_blank" text-align:="" text-indent:="" text-transform:="" trebuchet="" white-space:="" widows:="" word-spacing:="">AZƏRTAC-a istinadən bildirir ki, o, deyib: "Körpə yedizdiriləndən sonra onu 20 dəqiqə şaqulu vəziyyətdə saxlayırlar. Bu zaman hava tıxacı gəyirmə ilə xaric olur, ağız kənarlarından az miqdarda süd gələ bilər. Qidanın hissəvi olaraq geri qaytarılması körpənin bədəninin vəziyyətinin dəyişməsi zamanı və ya hər hansı ciddi səbəb olmadan da baş verə bilər. Bəzi hallarda elə görünə bilər ki, geri qaytarılan qidanın miqdarı çoxdur. Ancaq onun əlaməti fizioloji kiçik qusmalara uyğun gəlirsə, körpənin çəki artımı varsa - bu, normal hesab olunur. Təxminən körpənin yeddinci ayından sonra qidanın hissəvi olaraq geri qaytarılması keçib gedir.
Qəbul edilən qidanın fontan şəklində geri qaytarılması uşaqda olan nevroloji pozulmaların əlaməti ola bilər, ona görə də uşağı, ilk növbədə, nevropatoloqa göstərmək lazımdır. Bəzi hallarda qusmanın səbəbi həzm sistemindəki spazmlarla əlaqədar ola bilər.
Gecikmiş kiçik qusma qida qəbulundan 1 saat və daha gec, bəzi hallarda isə növbəti qida qəbulundan bir qədər əvvəl, yaxud tez-tez baş verən kiçik qusmaların 5-10 dəqiqədən bir baş verməsi qeyri-normal hal hesab olunur. Körpədə həmin hallar müşahidə ediləndə həkim-qastroenteroloqa müraciət edilməlidir.
Narahatlıq və ağlama ilə müşayiət olunan kiçik qusma - spastik sancının əlamətidir. Pediatr və ya qastroenteroloq körpəyə sancı əleyhinə olan vasitələr təyin edə bilər.
Maye və az miqdarda qida qəbulundan sonra baş verən narahatlıq, çəkinin az artması və ya hətta artmaması ilə müşayiət olunan kiçik qusmalar anatomik qüsur olan "pilorostenoz"la əlaqədar ola bilər. Həmin qüsur əksər hallarda uşağın doğulduğu ilk günlərdə aşkar edilir və cərrahi müdaxilə lazım gəlir. Bəzi hallarda isə həmin əlamət bir qədər sonra - uşağın 1-3 aylığında aşkar edilir.
Fizioloji olmayan, tez-tez baş verən kiçik qusmalara meyilli olan körpələr üçün xüsusi müalicəvi süni qida qarışığı təyin edilir, lakin onu yalnız həkim məsləhəti ilə uşağa vermək olar. Qidanın bir hissəsinin fizioloji olaraq geri qaytarılması zamanı həmin qidaların qəbul edilməsinə ehtiyac olmur. Ana südünün verilməsini tamamilə dayandırıb, onu həmin süni qidalarla əvəz etmək olmaz".
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin