idman

Stolüstü tennis üzrə Azərbaycanın kişi komandası yarımfinala vəsiqə qazanıb

  • 20 May 2017
  • 262 baxış

Mayın 20-də "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə kişilərin komanda yarışında dörddəbir final mərhələsinə yekun vurulub və yarımfinalçılar müəyyən olunub.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, kişilərdən ibarət yığmamızın rəqibi Fələstin millisi oyuna çıxmadığı üçün komandamıza 3:0 hesabı ilə texniki qələbə verilib.

Digər görüşlərdə də 3:0 hesabı qeydə alınıb. Səudiyyə Ərəbistanı yığması Pakistana, Türkiyə milli isə Qayana komandasına qalib gələrək yarımfinala keçiblər.

İran millisi isə mübarizəyə birbaşa yarımfinal mərhələsindən qoşulacaq.

Yarımfinal görüşləri mayın 21-də "Sərhədçi" Olimpiya İdman Mərkəzində keçiriləcək.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/23/cached-xeber-1079-stolustu-tennis-uzre-azerbaycanin-kishi-komandasi-yarimfinala-vesiqe-qazanib..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11