Dünya

Borut Pahor növbəti dəfə Sloveniyanın prezidenti seçilib

  • 13 Nov 2017
  • 271 baxış

Sloveniyanın hazırki prezidenti Borut Pahor ölkədə keçirilən ikinci tur prezident seçkilərində qalib gəlib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

İlkin nəticələrə görə, 53 yaşlı B.Pahor 52,95%, onun rəqibi, Kamnik şəhərinin meri Maryan Şarets isə 47,05% səs toplayıb.

Qeyd edək ki.ş oktyabrın 22-də keçirilən prezident seçkilərinin birinci turunda namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilməmişdi. İkinci turda qalib sadə səs çoxluğu ilə müəyyənləşir. Sloveniyada prezident 5 il müddətinə seçilir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR