Dünya

Keçmiş məşhur futbolçu dostlarını bıçaqladı

  • 13 Nov 2017
  • 314 baxış

1987-1990-cı illər ərazində 81 dəfə, 1991-ci ildə 11 dəfə "Fənərbağça" forması geyən keçmiş futbolçu Erdi Demir cinayət törədib.

XalqTV.com CNN-ə istinadən xəbər verir ki, Erdi Demir haqqında mübahisə etdiyi dostlarını bıçaqla yaraladığı iddiasıyla "qəsdən yaralama" və "təhqir" müddəaları ilə 2 il 1 aydan 9 il 2 aya qədər həbs cəzası istənilib.

İddianamədə Erdoğan A. və Sercan O.-nun parkda oturduqları zaman Erdi Demirin içkili halda yanlarına gəldiyi və aralarında mübahisə yarandığı qeyd edilib. Erdi Demirin oradan uzaqlaşdırıldığı bildirilsə də, bir müddət sonra təkrar həmin yerə gəldiyi və əlindəki bıçaqla Erdoğan A. və Sercan O.-ya hücum etdiyi deyilir. Erdoğan A. və Sercan O.-nun da Erdi Demiri döyərək xəsarət yetirdikləri deyilir.

İstintaq davam edir.

Məhəmməd Vaqif

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/05/18/cached-xeber-10851-kecmish-meshhur-futbolcu-dostlarini-bicaqladi..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11