İlk hicablı "Barbie" satılacaq - VİDEO - FOTO
Dünyaca məşhur "Barbie" kuklalarının istehsalçısı olan "Mattel" (ABŞ) korporasiyası tarixində ilk hicablı kuklanı təqdim edib.
XalqTV.com ABC-yə istinadən bildirir ki, bu kukla amerikalı qılıncoynadan, 31 yaşlı İbtihac Muhammadın tərəfinə buraxılıb. 2016-cı ildə ABŞ-ın qılıncoynatma yığmasının heyətində Olimpiya Oyunlarına qatılmış İtihac olimpiadalarda çıxış edən ilk hicablı amerikalı idmançı olmuşdu.
Hicablı "Barbi"nin əynində qılıncoynadan kostyumu, əllərində isə qılınc və dəbilqə var.
İbtihac Muhammad kuklanı Nyu-Yorkda keçirilən "Glamour's Women of the Year Live Summit" mərasimində təqdim edib.
"Shero" seriysına daxil olan kukla 2018-ci ildə satışa çıxarılacaq.
"Bütün dünyadakı qızları və qadınları bəlirlənmiş çərçivələrdən kənara çıxmağa ruhlandıran İbtihac Muhammadın şərəfinə hazırlarıdığımız kuklanı qürurla təqdim edirik", - "Mattel"in açıqlamasında deyilir.
İ.Muhammad dünya çempionatlarında və Panamerika Oyunlarında qızıl medallar qazanıb. 2016-cı ildə Braziliyanın Rio de Janeyro şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarında isə o, bürünc medala yiyələnmişdi.
Mərkəzi ofisi ABŞ-ın Kaliforniya ştatındakı El Sequndo şəhərində yerləşən "Mattel" 1959-ci ildən bəri "Barbie"ni istehsal edir.
XalqTV.com
Videonu izləmək üçün şəklə klikləyin:
/> vspace="5" />
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin