Dünya

Nalbandyan Moskvada həmsədrlərlə görüşdü

  • 14 Nov 2017
  • 282 baxış

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bu gün Moskvada ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşüb.

XalqTV.com APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan "Twitter" səhifəsində yazıb.
 
Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Vyana, Sankt Peterburq və Cenevrə sammitlərində əldə edilmiş razılaşmaların həyata keçirilməsi müzakirə edilib.
 
Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında mümkün görüşə də toxunulub.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR