Yunanıstan təbii fəlakətə təslim oldu - 13 ölü - YENİLƏNİB
21:06
Yunanıstanda daşqın qurbanlarının sayı 13-ə çatıb.
XalqTV.com Trend-ə istinadən bildirir ki, mütəxəssislər ölü sayının 20-ə çatacağını istisna etmirlər.
Yağışlar nəticəsində ölkənin 5 şəhərini su basıb. Həftənin əvvəlində başlayan güclü yağıntının bazar gününə qədər davam edəcəyi proqnozlaşdırılır.
---------
15:31
Yunanıstanda güclü yağışlar paytaxt Afina ətrafında daşqınlara səbəb olub.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, Afinadan şimal-qərbdə yerləşən Mandra şəhərində daşqınlar 3 nəfərin həyatına son qoyub.
Ötən gün hökumət artıq Simi adasında kəskin hava şəraiti ilə əlaqədar fövqəladə vəziyyət elan edib. Burada gücül külək və yağış yaşayış evlərinə ziyan vurub, elektrik təchizatında problemlər yaranıb.
Regionda təbii fəlakət yolları da sıradan çıxardığından hərəkət məhdudlaşdırılıb. Məktəblərdə dərslər dayandırılıb.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində