Siyasət

Azərbaycan-Polşa iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının tərkibinə dəyişiklik edilib

  • 16 Nov 2017
  • 356 baxış

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 mart tarixli 196 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Dəyişikliyə əsasən sərəncamın 1-ci hissəsində "Natiq Əliyev - Azərbaycan Respublikasının energetika naziri" sözləri "Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri" sözləri ilə əvəz edilir; "Nigar Əliyeva - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini" sözlərindən sonra "Natiq Abbasov - Azərbaycan Respublikası energetika nazirinin müavini" sözləri əlavə edilir.

Xarici İşlər Nazirliyinə tapşırılır ki, sərəncamda edilən dəyişikliklər barədə Polşa tərəfinə bildiriş göndərsin.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/19/cached-xeber-10962-azerbaycan-polsha-iqtisadi-emekdashliq-uzre-hokumetlerarasi-komissiyasinin-terkibine-deyishiklik-edi..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11