SAĞLAMLIQ

DƏHŞƏT: Bakıda 17 yaşlı oğlanı 7 dəfə səhv əməliyyat etdilər

  • 16 Nov 2017
  • 351 baxış

Bakıda daha bir şəxs həkimlərin səhvinin qurbanı olub. Belə ki, o, düz 7 dəfə əməliyyat olunub. Əməliyyatların hamısı da səhv aparılıb.

Sonradan xəstənin ailəsi tanınmış uşaq cərrahı, uroloq Fuad Hüseynova müraciət edib. 17 yaşlı oğlanın problemi cinsiyyət orqanının qüsuru, sidiyə normal getməmə və sidik kisəsindən tüklərin çıxması ilə bağlı olub.

XalqTV.com xəbər verir ki, Fuad Hüseynov lent.az-a bildirib ki, hipospadiyanın - anadangəlmə "peyğəmbər sünnəti"nin ən ağır forması ilə doğulmuş uşaq bu yaşına kimi 7 dəfə əməliyyat keçirib: "Sonradan məlum olub ki, əməliyyatların hamısı səhv aparılıb. Uğursuz əməliyyatların nəticəsi dəhşətlidir. Cinsiyyət orqanında ciddi qüsurlar, sidik kanalının tüklərlə dolması, xayaların ortasına açılan dəlikdən oturaraq sidiyə getməsi. Xəstəni müayinə edib, əməliyyata aldıq. Əməliyyat zamanı məlum oldu ki, əvvəlki əməliyyatda başqa cərrah tüklü dəri hissədən sidik kanalı tikib. Əslində isə sünnət dərisinin arxa hissəsindən - selikli qişasından istifadə olunmalı idi. Sidik kanalına uyğun olmayan dəri köçürdülüb və ortaya bərbad vəziyyət çıxıb. Bu xəstədə sünnət dərisi qalmadığı üçün biz məcbur olub ağız boşluğunun selikli qişasından bir hissə köçürdük. Köçürdüyümüz dərinin tutma ehtimalı az olsa da, pasiyentin şansı var imiş. Dəri özünü tutdu və 6 ay sonra ikinci mərhələ əməliyyat həyata keçirərək, digər qüsurlar düzəldiləcək". 
 
Həkimin sözlərinə görə, ilk əməliyyatlar uğurlu olsaydı, bu qədər fiziki və psixoloji problem yaranmazdı: "Hətta heç əməliyyat etməsəydilər, daha yaxşı olardı. Əgər xəstənin problemi bu əməliyyatla həll olunmasaydı, ömür boyu oturaraq sidiyə gedəcəkdi, gələcəkdə cinsi əlaqəyə girməyi mümkün olmayacaqdı. Bunun nəticəsi isə sonsuzluqdur". 

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO