İqtisadiyyat
Azərbaycan bu ölkənin iqtisadiyyatına bir milyarddan çox investisiya qoyub
"Rusiyalı sahibkarların Azərbaycan iqtisadiyyatına investisiyaları 3,7 milyard dollara çatıb".
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan-Rusiya işgüzar görüşündə Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycan öz növbəsində Rusiya iqtisadiyyatına bir milyard dollardan çox investisiya qoyub: "Rusiya Azərbaycanın başlıca ticarət tərəfdaşlarından biridir. Təsadüfi deyil ki, Azərbaycanın ilk ticarət nümayəndəliyi məhz bu ölkədə açılıb. Bu onu ifadə edir ki, biz Rusiya ilə münasibətlərə böyük əhəmiyyət veririk".
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR