Dünya

Dünya onun iti zorladığını düşünürdü: gerçək başqa cür çıxdı - FOTO

  • 16 Nov 2017
  • 261 baxış

Türkiyənin Çorum rayonunda itə təcavüz etməsi ilə bağlı görüntüsü yayılan Kazım kişinin itin ayağına dolanan zənciri açmağa çalışdığı və görüntünü yayan uşağın zarafatının "qurbanı olduğu" üzə çıxıb.

XalqTV.com Haberler-ə istinadən xəbər verir ki, Kazım adlı kişinin görüntüsünü çəkən uşaq həmin videonu dostlarına göndərincə ara qarışıb. İnternetdə "İtə təcavüz" adı altında yayılan görüntüdən sonra saxlanılan Kazım kişinin günahsız olduğu təsdiqlənib. 

Qeyd edək ki, bu görüntü "İtə təcavüz edən adam görüntüləndi" başlığıyla bir internet portalında xəbər olub. Bundan sonra olay böyüyüb, əcnəbi xəbər portallarında yayılmağa başlayıb.

Təcavüzə olunduğu iddia edilən it müayinə edilib. İddialar əsassız çıxıb. Saxlanılan 80 yaşlı Kazım Kapkıner sərbəst buraxılıb.

Araşdırma zamanı videoda görünən əlin kimə aid olduğu da üzə çıxıb. Məlum olub ki bunu çəkən 14 yaşlı E.K. olub. Amma onun bu əməl zamanı yalnız olmadığı ortaya çıxıb. Uşaqlar və valideyinləri 80 yaşlı Kazım kişidən üzr istəyiblər.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR