SAĞLAMLIQ

Çirkli suyu içiləbiləcək suya çevirən bakteriya

  • 17 Nov 2017
  • 386 baxış

Britaniyanı Kolumbiya Universitetindən alimlər bakteriyaları istifadə edərək, çirkli suları içiləbiləcək suya çevirən bir sistem hazırladı. Bu sistem lif membran rezervuarları ilə çirkli hissəcikləri (çirk, orqanik hissələr, bakteriya və viruslar) tutur və suyu təmizləyir. Sonra faydalı bakteriyalardan ibarət olan bir biofilm ikinci qoruyucu mərhələ olaraq dövrəyə girərək, uyğun bir şəkildə işləyir və qalan çirkli maddələri parçalayır. UBC-də inşaat mühəndisliyindən layihə rəhbəri Pyer Berub bu barədə belə danışıb: "Membran əməliyyatı sayəsində çirkli hissəciklərin 99,99%-ini təmizləyərək, suyu içiləbiləcək hala gətirə bilirik".

XalqTV.com deyerler.org-a istinadən bildirir ki, bu araşdırma Kanada-Hindistan təşkilatı IC-IMPACTS tərəfindən rəsmi olaraq dəstəklənir. Membranla su təmizləmə yeni bir kəşf olmasa da, qrupun etdiyi dəyişiklər sistemi olduqca məhsuldar hala gətirir. "Sistemimiz cazibənin köməyilə, çirkli hissəcikləri ayıraraq yuxarı qaldırır, əks halda toplanaraq membranı tuta bilər. Bu olduqca az güc tələb edən və məhsuldar bir sistemdir. Normal sistemlər davamlı olaraq kimyəvi maddələr və kompleks mexaniki sistemlər ilə membranları təmiz saxlamağa çalışır. Lakin yeni araşdırmada bakteriya biofilmi bu tutulan çirkli hissəcikləri yeyərək istehlak edir. Yalnız hər 24 saatda bir neçə klapan açılır ya da bağlanır, beləcə suyu qaldırır və cazibə qazandıraraq, sisteminin işləməsi təmin edilir. Yəni zaman və puldan əhəmiyyətli miqdarda qazanc təmin edərək sistemin ömürünü uzadırıq", - deyə Berub bildirib. Lakin əsl hədəf, təmiz içmə suyunun çətin əldə edildiyi mərkəzlərdə bənzər sistemlər qurmaqdır. Bu sistem sayəsində daha az xərclə çirkli su təmizlənərək şəhərlərə verilə bilər.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO