Dünya

16 min alimdən QORXUNC XƏBƏRDARLIQ - İnsanlıq BÖYÜK TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ - FOTO

  • 17 Nov 2017
  • 273 baxış

"Bütün göstəricilər narahatlıq doğurur, ekoloji problemlərin səviyyəsində ciddi artım var və artıq gələcəyimizi təhlükə altına atırıq".

XalqTV.com xəbər verir ki, 184 ölkədən 16 mindən çox alim bu çağırışı edib.

Alimlərin bu çağırışı Fransanın "Le Monde" qəzeti və "Bioscience" elm jurnalında yayımlanıb. Onlar ekoloji problemlərin çox ciddi bir səviyyədə olduğunu bəyan ediblər.

Məqələ bu problemdən narahat olan alimlər tərəfindən 25 il əvvəl verilən mesajın davamı olaraq qəbul olunur.

Belə ki, 1992-ci ildə 1700 alim dünyada yaşanacaq ekoloji fəlakətlə bağlı xəbərdarlıq etmişdi. 16 min alimin imzaladığı bu məktubda isə iqlim dəyişikliyi, meşəsizləşmə, növlərin yox olması və təmiz suya çatımlılığın azalması kimi problemlər yer alıb.

Məqalədə xüsusilə, ansanların sayının sürətlə artımı məhdud mənbələrin təkənməsi və nəticədə insanlığın yox olması ilə üz-üzə olduğumuz vurğulanır. (publika.az)

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR