idman

"Hətta sənin anan da bilir ki, bu, belə deyil"

  • 17 Nov 2017
  • 269 baxış

"Çelsi"nin futbolçusu Mişi Batşuayi, haqqında yayılan məlumata münasibət bildirib.

XalqTV.com komanda.az-a istinadən xəbər verir ki, "Tvitter"də "The Chelsea Daily" səhifəsində Batşuayinin gey olduğu barədə məlumat yayılmışdı. Məlumatda bildirilirdi ki, o, paltardəyişmə otağında gey olduğunu etiraf edib. Batşuayi Premyer Liqada gey olduğunu etiraf edən ilk futbolçu kimi təqdim olunmuşdu.

O, bu məsələyə elə "tvitter"də yazdığı statusla cavab verib: "Bro, hətta sənin anan da bilir ki, bu, belə deyil".

Onun yazdığı şərhi 2 saat ərzində 32 min insan bəyənib. Batşuayi bu mövsüm "Çelsi"nin heyətində 13 oyunda 7 qol vurub.

"Çelsi" onu 2016-cı ildə 39 milyon avroya "Marsel"dən transfer edib.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR