İqtisadiyyat

Əhalinin faizlərə xərclədiyi vəsait AÇIQLANDI

  • 17 Nov 2017
  • 386 baxış

2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 8,2% artaraq 40 mlrd. 190,7 mln. manata çatıb.

XalqTV.com xəbər veirr ki, Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, onun hər nəfərə düşən həcmi orta hesabla 4131,9 manat təşkil edib.

Bu dövr ərzində gəlirlərin 85,3%-i (34 mlrd. 282,7 mln. manat) son istehlak xərclərinə, 8,5%-i (3 mlrd. 416,2 mln. manat) vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,8%-i (723,4 mln. manat) kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 4,4%-i (1 mlrd. 768,4 mln. manat) isə yığıma yönəldilib.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 36,773 mlrd.  manatlıq vəsait qalıb.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/18/cached-xeber-11031-ehalinin-faizlere-xerclediyi-vesait-aciqlandi..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11