Dünya
Koalisiya qüvvələrinin hava hücumları Yəməndə 15 dinc sakini öldürdü
Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələrinin hava hücumları Yəməndə dinc insanların ölümünə səbəb olub.
XalqTV.com Trend-ə istinadən bildirir ki, hava hücumları nəticəsində Yəmənin şimal-qərbində 15 dinc sakin həlak olub.
Vilayətdəki mənbə hava hücumlarının ticarət mərkəzinə endirildiyini bildirib. Ölənlərin həmin vaxt ticarət mərkəzində olan satıcı və alıcılar olduğu bildirilir.
Aviazərbələr nəticəsində ticarət mərkəzinə də ciddi maddi ziyan dəyib.
XalqTV.com
RƏYLƏR